Gələn aydan müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq

Arxangelsk vilayətində şimal şairlərinin Azərbaycan dilinə tərcümə edilmiş şeirlər məcmuəsinin təqdimatı olub
AVCİYA-nın debatlar silsiləsi başa çatdı
Ermənilərin insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət əməllərini təsdiq edən kitab

Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 25 fevral 2019-cu il tarixli sərəncamında müharibə veteranları üçün Prezidentin aylıq təqaüdünün təsis olunması nəzərdə tutulur.

Sərəncama uyğun olaraq, aprelin əvvəlindən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət (55 manat) əvəzinə, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə (11 manat) əvəzinə Prezidentin 80 manat məbləğində aylıq təqaüdü təyin olunacaq.

Bu da 80 min nəfərdən ibarət müharibə veteranlarına dövlət dəstəyinin əhəmiyyətli şəkildə artırıldığını göstərir.

Qeyd olunan təqaüdün ödənilməsi üçün il ərzində əlavə 80 milyon manat əlavə vəsait ayrılacaq.

Trend: