Gənclər və idman naziri UNESCO-nun komitə sədri seçilib

Report

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar
İlham Əliyev Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb
Azərbaycan və Xorvatiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri seçilib.
“Report”un məlumatına görə, bu barədə qərar UNESCO-nun baş qərargahında Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CİGEPS) fövqəladə iclasında qəbul olunub.
İclasın keçirilməsində əsas məqsəd komitənin Büro üzvlərinin və sədrinin seçilməsi olub. Qəbul olunmuş qərara əsasən, komitənin 18 üzvü arasından Azərbaycan, Fransa, Venezuela, Şri-Lanka, Madaqaskar və Qətər Komitənin büro üzvləri seçiliblər.
İclas zamanı Azərbaycan Respublikasının UNESCO yanında Daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək, bütün Komitə üzvlərinə verdikləri dəstəyə görə Azərbaycan hökuməti adından təşəkkürünü bildirib, Azərbaycanın sədrliyi müddətində komitənin işinin daha effektiv həyata keçirilməsi istiqamətində bütün komitə üzvləri ilə sıx əməkdaşlıq edəcəyini vurğulayıb.
Qeyd edək ki, Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitə bütün dünyada bədən tərbiyəsi və idman sahəsinə aid siyasət və proqramların üzv ölkələr arasında effektiv həyata keçirilməsini təşviq edən UNESCO-nun yeganə Komitəsidir.
Komitənin üzv ölkələri Azərbaycanı təbrik ediblər. Üzv ölkələr Azərbaycanın MİNEPS VII ev sahibliyi etmək qərarını yüksək qiymətləndirib.

Report