Gəncədə MDB-yə üzv dövlətlərin Bədən Tərbiyəsi və İdman Şurasının iclası keçirilib

Ahıska Türk mədəniyyətinin etnik tipologiyası – Maarif, folklor və ədəbiyyat
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər

Gəncə şəhərində “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının iclası keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, iclasdan əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini və Gəncə Memorial Kompleksini ziyarət ediblər.

Daha sonra Gəncə Memorial Kompleksi ziyarət edilib. Gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, Azərbaycanda yalnız peşəkar idmançılar üçün deyil, bütün vətəndaşların idmanla məşğul olması üçün geniş imkanlar yaradılıb: “Azərbaycanın istənilən çoxnövlü idman yarışını yüksək səviyyədə keçirmək potensialı mövcuddur. İdman artıq təkcə paytaxt Bakıda deyil, regionlarda da insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Dövlət dəstəyi ilə ölkənin bütün bölgələrində Olimpiya idman kompleksləri, stadionlar və digər iri idman qurğuları inşa olunub və bu proses bu gün də davam edir. MDB Oyunlarının açılış mərasiminin keçirildiyi Gəncə şəhər stadionu, eləcə də boks yarışlarına ev sahibliyi edən Yevlax Olimpiya İdman Kompleksi yaxın günlərdə dövlət başçısı İlham Əliyevin iştirakı ilə istifadəyə verilib”.

Daha sonra MDB Baş katibinin müavini Nurlan Seytimov və Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov çıxış ediblər. İclasda 2025-ci ildə III MDB Oyunları çərçivəsində Gəncədə keçirilən yarışlar, seminarlar və iclaslar barədə məlumat verilib. Həmçinin iştirakçı ölkələrin hesabatları dinlənilib, növbəti MDB Oyunlarının keçirilməsi və digər məsələlər müzakirə olunub.

AZƏRTAC