Gənc Liderlərin növbəti təlimi Şamaxı rayonunda keçirilib

Qafqaz Müsəlmanları İdarəsi bəyanat yayıb
Tofiq Mirzəyev “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclası keçirilib

Gənclər Fondu və Asan Xidmətin birgə həyata keçirdiyi GəncLİK Proqramının (Gənc Liderlərin İnkişaf Konsepsiyası) iştirakçıları üçün növbəti təlim Şamaxıda baş tutub.

Trend-in məlumatına görə, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov GəncLİK Proqramının iştirakçıları ilə görüşüb, ölkədə həyata keçirilən gənclər siyasətinin Azərbaycan gəncliyinin hərtərəfli inkişafına və ictimai-siyasi həyatda fəal iştirakının təmin olunmasına yönəldiyini vurğulayaraq Ulu Öndərin əsasını qoyduğu bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi söyləyib. Görüş zamanı icra başçısı dövlətin regionlara qayğısı, yerli əhalinin problemlərinin həllində yeni metodların axtarışı, gənclərin təhsil və elmə həvəsləndirilməsi haqqında fikirlərini də gənclərlə bölüşüb.

Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya edən gənclər astronomik muzey və teleskoplarla yaxından tanış olub, rəsədxananın fəaliyyəti və səma cisimləri haqqında ətraflı məlumatlandırılıblar. Daha sonra gənc liderlər Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinə baş çəkiblər. Müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş kompleksin istehsalat prosesini əyani şəkildə müşahidə ediblər.

trend.az