“Google” şirkəti “Android 2.3” əməliyyat sistemilə çalışan cihazlarda öz servislərini bağlayır

İsveçin xəbər portalında “Azərbaycanda Şuşa döyüşü” sərlövhəli məqalə yayımlanıb
Xocavənd kəndində daha 11 ailəyə evlərinin açarları təqdim olunub
Dünya Bankı Qarabağla bağlı prioritetlərini açıqlayıb

“Google” şirkəti sentyabrın 27-dən “Android 2.3” əməliyyat sistemilə çalışan cihazlarda öz servislərini bağlayır.

“Report” “The Sun”a istinadən xəbər verir ki, bununla da sözügedən cihazlarda “Google Play” və onun hədiyyə kartı, “YouTube”, “Google Drive”, “Gmail” kimi servislərin açdığı geniş imkanlardan yararlana bilməyəcək.

Şirkətdən bildiriblər ki, bu addım istifadəçiləri qorumaq məqsədilə atılıb. Belə ki, köhnə əməliyyat sistemilə çalışan cihazlarda hesaba icazə verilməsi ilə fərdi məlumatların oğurlanması təhlükəsinin yarandığı diqqətə çatdırılıb.

Qeyd edək ki, “Business of Apps” xidmətinə görə, bu ilin birinci rübündə dünyada “Android 2.3” əməliyyat sistemilə çalışan cihazların sayı 11,2 milyon olub ki, bu da bütövlükdə “Android” istifadəçilərinin ümumi sayının 0,4 faizi deməkdir. “Android 2.3.7” əməliyyat sistemi 2011-ci ildə tətbiq olunub.

Report