GUAM-ın baş katibi səsvermənin gedişini müşahidə edib

Məleykə Abbaszadə: “İldən-ilə subbakalavrların ali məktəblərə qəbul faizi artacaq”
Milli Məclis “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair Anlaşma Memorandunu təsdiqləyəcək
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərin bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar

GUAM-ın baş katibi Valeri Çeçelaşvili bir neçə seçki məntəqəsində səsvermənin gedişini müşahidə edib. APA-nın “vesti.az” saytına istinadən verdiyi məlumata görə, V. Çeçelaşvili bildirib ki, məntəqələrdə hökm sürən atmosfer çox müsbətdir: “Mən şadam ki, prezident seçkiləri azad şəraitdə keçir. Mənim prosesə hər hansı iradım yoxdur”.

GUAM-ın baş katibi səhər saatlarından başlayaraq məntəqələrdə insanların sıxlığının, uzun növbələrin müşahidə olunduğunu söyləyib. O, ötən seçkilərlə müqayisədə məntəqələrin texniki təchizatında irəliləyiş olduğunu vurğulayıb: “MSK lazımi nəticələr çıxarıb. Bu strukturun büdcəsi də artırılıb”.

Qeyd edək ki, V. Çeçelaşvili Sumqayıt şəhərində də səsverməni gedişini izləyəcək.