Hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil edilib

Heydər Əliyev Mərkəzində 200-dək unikal musiqi aləti sərgilənəcək
II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində rəqəmsal informasiya mühitində etik məsuliyyət mövzusu müzakirə olunub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə təşkil olunub

İyunun 26-sı Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun birlik, birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Silsilə tədbirlər çərçivəsində Bakı, Bərdə və Şuşa şəhərlərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri də təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Bakıda Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami kino mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı, Şəhidlər xiyabanı – Alov qüllələri – İçərişəhər metrosu – İstiqlaliyyət küçəsi – Azneft dairəsi – Bəhram Gur heykəli, Musabəyov parkı – Ə.B.Haqverdiyev küçəsi – H.Cavid prospekti – H.Cavid parkı – Parlament prospekti – Şəhidlər xiyabanı, “Olimpik star” idman mərkəzi – S.Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev sarayı – Nəsimi heykəli – Neftçilər prospekti marşrutları üzrə şəxsi heyətin yürüşləri təşkil edilib.

Qeyd edək ki, bu gün saat 19:00-dan 21:00-dək Sumqayıt Dənizkənarı Bulvar ərazisi, Gəncə, Şuşa şəhərləri və Bərdə rayonunun mərkəzi küçə və prospektlərində müəyyənləşdirilmiş yerlərdə orkestrlərin nümunəvi çıxışları olacaq.