HƏSƏNOV Tabil Qasım oğlu

XASIYEV Samir Zirəddin oğlu
QURBANOV Novruz Əliyullah oğlu
ATAKİŞİYEV İntiqam Vahid oğlu

(4.7.1960, Xocalı r-nunun Kosalar k. – 29.3.1992, Xocalı r-nunun Kosalar k.) – Azərbaycanın Milli Qəhrəmanı (15.1.1995, ölümündən sonra).

1977 ildə orta məktəbi bitirib. Qazaxıstanda hərbi xidmətdə olub (1980-1982). Kosalar k. Rabitə Şöbəsində çalışıb. Erməni təcavüzü başlayanda kənd gənclərini başına toplayaratq özünümüdafiə dəstəsi yaradıb. Cəmilli kəndinə hücum edən erməniləri öz dəstəsi ilə geri çəkilməyə məcbur edib. Meşəli k-ni düşməndən azad edib. 29 mart 1992 il tarixdə ermənilərin Kosalar k-nə hücümu zamanı 53 erməni yaraqlısı öldürülüb ki, bunun da 12-ni T.Həsənov şəxsən məhv edib. Elə həmin döyüşdə də həlak olub. Ailələli idi. Üç övladı yadigar qalıb. Kosalar k-də dəfn edilib.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 116

Qardaşı İbad Əliyevin  dediklərindən:
“Bir az ərköyün uşaq idi. Qorxu bilməzdi, həm də döyüşün ağır tərəfini öz üzərinə götürərdi həmişə. Yoldaşlarını da ürəkləndirərdi. Düşmən qarşısında çox inadkar olurdu. Bir addım da olsun geri çəkilməzdi. Öz hünərindən heç vaxt danışmazdı. Yuxusuz gecələri çox olardı Tabilin. Birinci dəfə əlindən yaralanmışdı. Hadisə Cəmilli kəndi yaxınlığında, kənd camaatının çıxarılması zamanı baş vermişdi. Bu döyüşdən sonra ona “Qırxqız qartalı” ləqəbi verilmişdi. “Qırxqız” kəndə yaxın bir ərazi adıdır. Həmişə deyərdim ki, qoy mən də səninlə gedim. O da cavab verərdi ki, iki evi sənə tapşırıb gedirəm. Sən hara getməyə çalışırsan? Ən çətin yerlərə, kəşfiyyata Tabil özü gedərdi. Bu yaxın kəndlərin hər daşına, hər cığırına bələd idi.  Xocalı bizim üçün sağalmayan yaradır. Təkcə bizim qohum əqrabadan 32  şəhid vermişik. Bu hadisənin üstündən 100 il keçsə də bu faciə heç vaxt yaddaşımızdan silinməyəcək.”
Əd.: “Xocalı yaddaşı”, Bakı, 2017, s. 123