HƏSƏNOV İlham Gülbala oğlu

ASLANOV Şikar Davud oğlu
ABDULLAYEV Şövqiyar Cəmil oğlu
ƏSƏDOV Malik Hamil oğlu

(6.5.1976, Ağstafa r-nunun Xətai k. – 17.3.1995) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995, ölümündən sonra).

6 may 1976-cı ildə Ağstafa rayonunun Xətai kəndində dünyaya göz açmışdır. 1983-cü ildə Yenigün kənd orta məktəbini bitirdikdən sonra, zabit olmaq arzusu ilə sənədlərini Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə verir. Lakin həmin il ali məktəbə daxil ola bilmir. O, ruhdan düşmür, bir qədər hazırlaşıb, Bakı Yüngül Sənaye Texnikumunun Ağstafa filialına daxil olur. 1994-cü ilin sentyabrında Milli Orduya çağırılır. Bakıdakı hərbi hissələrin birində xidmətə başlayır. O, tez bir zamanda əsgər və zabitlərin böyük hörmətini qazanır. Hərbi təlim yarım il çəkir. Sonra cəbhə…
Təzə təyinat yerində İlham öz döyüş hazırlığını daha da təkmilləşdirməyə yenicə başlamışdı ki, məlum mart   hadisələri onun planlarını yarımçıq qoydu.
1995-ci ilin 13 martında bir qrup silahlı dəstə xəyanət yolunu tutaraq, dövlət çevrilişinə cəhd göstərdi. Təbii ki, dövlətçiliyimiz naminə bu cəhdin qarşısı vaxtında alınmalı idi və alındı da!  Artq mart ayının 17-də qiyamçı dəstə tamamilə tərksilah edilmişdi. Çox təəssüf ki, bu çətin əməliyyat neçə-neçə Vətən oğlunun qanı bahasına başa gəldi. Həmin qarşıdurmada öz vətəndaşlıq borcunu vicdanla yerinə yetirən İlham Həsənov qarşı tərəfdən atılan gülləyə tuş gəldi.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Həsənov İlham Gülbala oğluna ölümündm sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ağstafa şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ağstafa rayonunda adına küçə var.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 111