HƏSƏNOV Tahir Tofiq oğlu

KƏRİMOV Kazımağa Mövsüm oğlu
HƏMİDOV Şükür Nəriman oğlu
RAMAZANOV Şamil Ağasəf oğlu

(22.2.1970, Bakı ş. – 2.9.1992) – Azərbaycanın Milli Qəhrəmanı (19.10.1992, ölümündən sonra).

 22 fevral 1970-ci ildə Bakı şəhərində doğulmuşdur. 1987-ci ildə Nəsimi rayonundakı 23 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılmışdır. 1990-cı ildə ordudan tərxis olunmuş, sənədlərini Bakı Dövlət Universitetinə vermiş və tarix fakültəsinə daxil olmuşdur.
Torpaqlarımızın bir hissəsinin erməni qəsbkarları tərəfındən işğal edilməsi, soydaşlarımızın öz dədə-baba yurdlarından qovulması Tahir üçün ağır dərd idi. Ailənin yeganə övladı olmasına baxmayaraq o, universitetin ikinci kursundan könüllü olaraq Vətənin müdafıəsinə qalxan igidlərin sırasına qoşulur.
Tahir Həsənovu, desant alayında xidmət etməsini, yüksək fıziki peşə hazırlığını nəzərə alaraq, kəşfıyyat qrupuna komandir təyin edirlər. Cəsur komandir Yuxarı Qarabağda, Ağdərə, Başkənd, Meşəli, Çıldıran əməliyyatlarında torpaqlarımızın müdafiəsində fəal iştirak edərək, mərdliklə vuruşmuşdur.
1992-ci il… Sentyabrın 2-i… Çıldıran yüksəkliyinə növbəti hücum başlayır. Əməliyyat iki istiqamətdən aparılırdı. Düşmən daha yüksək mövqedə qərar tutduğundan hər tərəfi nəzarətdə saxlaya bilirdi. Kəndə girmək mümkün deyildi. Tahir on döyüşçü ilə başqa istiqamətdən hücuma keçir. Lakin həmin andaca ermənilərin pusqusuna düşür. Döyüşçülərimiz son nəfəslərinədək vuruşurlar. Düşmənin onları əsir götürmək niyyəti baş tutmur. O, son anda özünü qumbara ilə partladaraq, özü ilə barabər neçə- neçə erməni quldurunu məhv edir.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə Həsənov Tahir Tofiq oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Təhsil aldığı 23 saylı orta məktəb onun adını daşıyır.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 117