Haaqada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası təşkil edilib

AVCİYA-nın vitse-prezidenti professor Asif Hacıyev Rusiya Federasiyasında keçirilən beynəlxalq tədbirdə çıxış etmişdir
Xoşbəxt Yusifzadə: Azərbaycan indiyədək AÇG-dən 279 milyon ton mənfəət nefti əldə edib
İkinci Dünya müharibəsi iştirakçılarına və digər müvafiq şəxslərə birdəfəlik maddi yardımların ödənişinə başlanılıb

Niderlandın Haaqa şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, komitənin dəstəyi və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın təşəbbüsü ilə Haaqanın mərkəzi küçəsində baş tutan aksiya zamanı “Xocalıya ədalət!” şüarı əks olunmuş poster nümayiş etdirilib. Gənc fəallar yerli sakinlərə Xocalı soyqırımından bəhs edən məlumat vərəqələri paylayıblar.

Tədbir zamanı Niderlandda yaşayan tarzən Cavid Səlimov həzin Azərbaycan musiqiləri ifa edib.

İki saat davam edən aksiyanın məqsədi 30 il öncə Ermənistan silahlı birləşmələrinin Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırımına, xalqımızın dünya birliyindən “Xocalıya ədalət!” tələbinə Haaqa sakinlərinin diqqətini cəlb etməkdən ibarət olub.

AZƏRTAC