ANAMA işğaldan azad edilmiş ərazilərlə bağlı həftəlik məlumatı açıqlayıb

“Mühacirət irsimizdən: Məhəmmədəmin Rəsulzadənin otuz məktubu”
Bir nəslin xeyriyyəçilik missiyası
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə keçirilən III MDB Oyunlarının təntənəli açılış mərasimini izləyiblər

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, fevralın 21-dən 26-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 33, tank əleyhinə 24 mina və 266 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 94,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AZƏRTAC