HACIYEV Fikrət Əli oğlu

ƏLİYEV Əmiraslan Rza oğlu
ALLAHVERDİYEV Namiq Müslüm oğlu
HÜSEYNOV Sadıq Dayandur oğlu

(19.5.1964, Goranboy r-nunun Qızılhacılı k. – 5.5.1992, Goranboy r.) – Azərbaycanın Milli Qəhrəmanı (7.6.1992, ölümündən sonra).

19 may 1964-cü  ilda Goranboy rayonunun Qızılhacılı kandində doğulmuşdur. 1978-ci ildə doğma kəndlərində səkkizinci sinfi bitirdikdon sonra, Gəncə texniki-peşə məktəbində elektrik ixtisasına yiyələnmişdir. 1982-ci ildə Goranboy rayon Hərbi Komissarlığı tərəfındən həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Ufa şəhərində keçirmişdir… Sonra Bakı Kooperativ Texnikumu… O, təhsilini başa vurub doğma kəndə qayıdır və öz ixtisası üzrə əmək fəaliyyətinə başlayır. Sadə peşə sahibi kimi o, hər kəsinişinə yarımağa çalışırdı.
1991-ci ilin sonu… O, könüllü olaraq cəbhəyə gedir. Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar və digər məntəqələrin erməni quldurlarından müdafiəsində fəal iştirak edir və az müddət ərzində döyüş yoldaşlarının böyük hörmətini qazanır. O, rəhbərliyin verdiyi tapşırıqları layiqincə yerinə yetirir, bilmədiyini peşəkar hərbçilərdən öyrənməyə çalışırdı.
4 may 1992-ci il… Talış kəndində yerləşən erməni mövqelərini susdurmaq üçün “Yaltaxıl” adlanan ərazi üzrə əməliyyat planı hazırlanmışdı. Bu, erməni silahlı birləşmələri üçün gözlənilməz oldu. Düşmən Goranboy döyüşçüləri qarşısında duruş gətirə bilməyərək öz mövqelərini tərk etdi. Mayın 5-də ermənilər qəfil hücuma keçərək, ərazini güclü atəşə tutdular. Fikrət Hacıyev bu döyüşdə qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hacıyev Fikrət Əli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Qızılhacılı kənd qəbristanlığında dəfn edilmişdir. Ballıqaya kənd orta məktəbi onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulmuşdur.
 
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 108