Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq

Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb
Prezident və birinci xanım Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin açılışında iştirak ediblər
İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 6-sı səhərdən 9-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun tədricən aşağı enəcəyi, 6-sı səhərdən 7-si səhərədək şimal-qərb küləyinin 15-20 metr/saniyə, yarımadanın bəzi yerlərində arabir 28-33 metr/saniyəyədək güclənəcəyi, aprelin 7 və 8-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın rayonlarında aprelin 6-sı səhərdən 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Aprelin 6-sı səhərdən 7-si səhərədək qərb küləyi 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 28-33 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

AZƏRTAC