Hazırkı bələdiyyə seçkilərində Azərbaycan seçiciləri kifayət qədər fəaldırlar

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Azərbaycan Respublikasında 09 fevral 2020-ci tarixində keçirilmiş Milli Məclisə növbədənkənar seçkilər ilə bağlı İlkin Rəyi
Aşura günü ilə əlaqədar könüllü qanvermə aksiyaları keçirilir
Azərbaycanda COVID-19-un “omikron” ştamı aşkarlanıb

Hazırkı bələdiyyə seçkilərində Azərbaycan seçiciləri kifayət qədər fəaldırlar, Azərbaycan MSK-nın sədri Məzahir Pənahov jurnalistlərə deyib.
“Bu ana görə seçki prosesində kütləvi qanun pozuntuları haqda MSK-ya müraciət daxil olmayıb”, – MSK rəhbəri deyib.
Pənahov 10-cu Binəqədi seçki dairəsinin 27 saylı seçki məntəqəsində səs verib.
Dekabrın 23-də Azırbaycanda bələdiyyə seçkiləri keçirilir.
Respublika üzrə 4 588 728 seçici qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Azərbaycanda bundan əvvəl iki dəfə – 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb, onlardan 6108-i qadındır. Həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.
MSK səsvermənin gedişi barədə saat 15.00, 17.00 və 19.00-da məlumat verəcək.
Dairə seçki komissiyalarında seçki prosesini müşahidə etmək üçün 48 388 müşahidəçi qeydə alınıb. MSK-da 1160 yerli və 52 xarici müşahidəçi qeydiyyatdan keçib./Trend/