Seçki bülletenlərinin DSK-lara çatdırılması prosesi yekunlaşıb

Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
Əfv Komissiyasının iclasları başa çatıb, siyahı Prezidentə təqdim ediləcək
Azərbaycanda məktəb direktorlarının təyinatı qaydası dəyişib

Seçki bülletenlərinin çapı və Dairə Seçki komissiyalarına (DSK) çatdırılması prosesi yekunlaşıb. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib. M. Pənahov bildirib ki, bülletenlərin çatdırılması prosesində heç bir qanun pozuntusuna yol verilməyib, bülletenlər qanunauyğun şəkildə DSK-lara çatdırılıb.

MSK sədri əlavə edib ki, müşahidəçilərin qeydiyyatı məsələsində də hər hansı problem yoxdur: “MSK özü də bu məsələdə neqativ halların baş verməməsində maraqlıdır. Bütün müşahidəçilərə seçki tam başa çatana qədər şərait yaradılmalıdır. Seçki məntəqələrindən dairələrə qədər bu məsələyə diqqət yetirilməlidir”.