Heydər Əliyev İrsini Araşdırma Mərkəzi gənc tərcüməçilərin yetişdirilməsində təqdirəlayiq işlər görür

“Seçkilər” İnformasiya Mərkəzinin “Qaynar xətt”inə 65 müraciət daxil olub
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İmam Hüseyn məscidinin bərpadan sonra açılışında iştirak edib
Gimnastımız Avropa çempionatında qızıl medal qazanıb

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən Tərcümə laboratoriyasında Beynəlxalq Tərcüməçilər gününə həsr edilən toplantı keçirilib. “Azadinform”un məlumatına görə, tədbirdə tərcümə sənətinin tarixindən danışan Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri namizədi Qılıncxan Bayramov bildirib ki, Sovet dönəmində Azərbaycanda tərcümə əsasən bədii ədəbiyyatı əhatə etsə də, müstəqillik dövründə siyasi, iqtisadi, diplomatik sahələrdə də tərcümə sənəti inkişaf edib. Professor Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin gənc tərcüməçilərin yetişdirilməsi istiqamətdə fəaliyyətini təqdirəlayiq hal kimi dəyərləndirib.

Beynəlxalq Tərcüməçilər gününə həsr edilən tədbirdə çıxış edən Fransanın İncəsənət və Ədəbiyyat Komandoru ordenli kavaleri, yazıçı-tərcüməçi Hamlet Qoca Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində Mərkəzin gördüyü işlərin əhəmiyyətindən danışıb, quruma gələcək fəaliyyətində uğurlar diləyib.

AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, filologiya elmləri namizədi Rza Xəlilov ərəb dilinə tərcümə sahəsində Azərbaycanda böyük ənənə və məktəb olmasına diqqət çəkib, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin virtual məkanda bənzəri olmayan fəaliyyətini yüksək qiymətləndirib.

Tərcüməçilər gününə həsr edilən tədbirə qatılan Çin dili tərcüməçisi, Bakı Dövlət Universitetinin müəllimi Li Jenin, Ukrayna dili tərcüməçisi İrina Əliyeva, gürcü dili tərcüməçisi, İTV-də radionun “Ədəbiyyat və İncəsənət” Departamentinin direktoru İmir Məmmədli və başqaları Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə edib və bu qəbildən olan tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb.

azadinform.az