Hikmət Hacıyev: Bir neçə beynəlxalq media qurumunun işğal olunmuş ərazilərimizə səfərinə icazə verilib

Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonra açılışı olub
Son üç ildə Birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərin siyahısına 82 nəfər əlavə edilib
14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır

Ermənistanın yeni baş naziri Xankəndidə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirəcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bununla əlaqədar artıq “Financial Times”, “Associated Press”, “Agence France Press” kimi media qurumlarının rəsmi məktubla Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edərək işğal olunmuş ərazilərə səfər etmək üçün Azərbaycan hökumətinin icazəsini xahiş etdiklərini bildirib. O qeyd edib ki, sözügedən beynəlxalq KİV-lərin ölkəmizin qanunlarına, ərazi bütövlüyünə və suverenliyinə, həmçinin beynəlxalq hüquqa hörmətlərini nəzərə alaraq, onların nümayəndələrinin işğal olunmuş ərazilərimizə səfərinə etiraz edilməyib.

“Ümidvarıq ki, bu səfər əsnasında beynəlxalq KİV nümayəndələri Azərbaycanın işğal olunmuş Laçın rayonu və Dağlıq Qarabağ bölgəsi ilə hərəkət edərək bu ərazilərin köklü azərbaycanlı sakinlərinə qarşı işğal nəticəsində törədilmiş etnik təmizləmə və onların mülkiyyətinin, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ilə yerindəcə tanış ola biləcəklər. Biz xarici KİV nümayəndələrinə bu səfər əsnasında tamamilə viran edilmiş Ağdam, Cəbrayıl, Füzuli və digər rayonlara da getməyi tövsiyə edirik. Amma təcrübə göstərir ki, Ermənistan tərəfi onların Xankəndidən kənara çıxmasına imkan verməyəcək”, – deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.