Horovlu kəndi doğma sakinlərini qarşılayır: 40 ailə yeni evlərinə qovuşdu

Prezident İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib
II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində rəqəmsal informasiya mühitində etik məsuliyyət mövzusu müzakirə olunub
Nikol Paşinyan: “Biz yalnız ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyət göstərmək istəyirik”

Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 40 ailə olmaqla, 196 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

AZƏRTAC