İçərişəhərdə növbəti sərgi Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunacaq

lham Əliyev Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməlini qoyub
Kazanda XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilibPrezident İlham Əliyev tədbirdə iştirak edib 
Professor: “Alternativ enerji növlərindən istifadə ekoloji cəhətdən zərərsizdir”

İyunun 3-də İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Arts School” rəssamlıq məktəbinin şagirdlərinin hesabat sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

İyunun 5-dək davam edəcək sərgidə 30-dan çox fırça ustasının 40-dək sənət əsəri nümayiş ediləcək.

2010-cu ildən fəaliyyət göstərən “Art School” məktəbi “Arts Council Azerbaijan” təşkilatının nəzdində gənc rəssamların inkişafı üçün yaradılıb. Məktəbin rəhbəri Sona Quliyevadır.