ICESCO-nun Baş direktoru: Ümumbəşəri dəyərlər bütün ideologiyaların fövqündə olmalıdır

Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub
RF XİN: Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması istiqamətində fəal iş aparır
BMT Baş Assambleyasının komitə iclasında Azərbaycana qarşı həyata keçirilən dezinformasiya kampaniyaları pislənilib

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik İtaliyada G-20 çərçivəsində keçirilən Dinlərarası Forumunun “Təhsil və dini müxtəliflik” sessiyasındakı çıxışında ümumbəşəri dəyərlərin bütün başqa ideologiyaların fövqündə olmasının zəruriliyini vurğulayıb.

Təşkilatın baş ofisindən AZƏRTAC-a bildiriblər ki, Baş direktor insanları ayıran ideologiyaların zərərli olduğunu qeyd edib. O əlavə edib ki, gələcək nəsil mütəfəkkir və yaradıcı ruhda yetişdirilməli, dünyada sülh mədəniyyətinə töhfə verməlidirlər. Salim Əl-Malik diqqətə çatdırıb ki, bu məqsədlə ICESCO-ya üzv ölkələrdə təhsil, mədəniyyət, ekologiya, sosial bərabərlik üzrə müxtəlif proqram və layihələr həyata keçirilir.

Baş direktor sülh institutlarının fəaliyyətinin əhəmiyyətini vurğulayaraq deyib ki, bəşəriyyət qarşısında duran əsas vəzifələrdən biri dayanıqlı qlobal sülhə nail olmaq və müharibələrin qarşısını almaqdır. O, bu baxımdan 2008-ci ildə təsis edilmiş Sülh və Təhlükəsizlik üzrə Regional Təhsil Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib.

Salim Əl-Malik çıxışının sonunda ölkələrin liderləri və rəsmilərini həmrəylik, qarşılıqlı anlaşma, tolerantlıq ruhunda davranmağa çağırıb. Bildirib ki, ICESCO-nun Məkkə Bəyannaməsinə uyğun olaraq həyata keçirəcəyi “Arzu etdiyimiz cəmiyyət” təşəbbüsü özündə bu dəyərləri ehtiva edir.

Oqtay Bayramov

AZƏRTAC / Qahirə