İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib

Prezident İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü olub
AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının məqaləsi Ukraynada beynəlxalq reytinqli jurnalda nəşr olunub
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib

Dekabrın 16-da Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda VIII hesabat-seçki Baş Məclisi keçirilib.

MOK-un mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə MOK-un İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının hesabat məruzəsi dinlənilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilib.

Daha sonra İlham Əliyev, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Könül Nurullayeva, Mariana Vasileva və Ramil Hacı MOK-un İcraiyyə Komitəsinin üzvü seçiliblər.

İclasda MOK-un Təftiş Komissiyasına üzvlərin də seçkisi baş tutub. Lyudmila Şubina, Hicran Şərifov, Balakişi Qasımov, Niyaməddin Paşayev və Yaşar Bəşirov Təftiş Komissiyasına üzv seçiliblər.

AZƏRTAC