İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşüb

“Böyük Qayıdış”ın sevinci: Azad edilmiş torpaqlarda uşaqların rəngarəng fləşmobu
Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib
ADB Azərbaycanda texnoloji startapların inkişafını dəstəkləyəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.

Almaniya Kansleri təyyarə qəzası ilə əlaqədar araşdırmaların gedişi ilə maraqlandı.

Görüşdə Azərbaycan Prezidenti ilə Olaf Şoltsun əvvəlki görüşləri və aparılmış müzakirələr məmnunluqla xatırlandı.

Söhbət zamanı ikitərəfli münasibətlərə, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişaf etdirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

Kansler Almaniyanın Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində səyləri dəstəklədiyini bildirdi.

President.az