İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan sərgi açılıb

«Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf»
Leyla Əliyeva “Hirkan” sənədli filminin təqdimatında iştirak edib
Prezident İlham Əliyev Fələstinin xarici işlər nazirini qəbul edib

AMEA Naxçıvan Bölməsində Azərbaycan ədəbiyyatı və fəlsəfi fikrinin görkəmli nümayəndəsi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar sərgi təşkil olunub.

AMEA-dan “Report”a verilən məlumata görə, “İmaməddin Nəsimi-650” başlıqlı sərgidə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, 3 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”, “Azərbaycan klassik ədəbiyyatından seçmələr”, “İmaməddin Nəsimi seçilmiş əsərləri”, “Nəsimi divanının leksikası”, “Nəsimi”, “Dilin estetikası”, “Azərbaycan ədəbiyyatının qaynaqları”, “XIII-XIV əsrlər ana dilli lirik şeirimizin inkişaf yolu”, “Azərbaycan ədəbiyyatı: tarixi və problemləri”, “Evrene sığmayan ozan Nesimi” və digər bu qəbildən olan kitablar nümayiş olunur.

Sərgidə, həmçinin Nəsiminin şəxsiyyətindən, yaşadığı dövrdən, onun təbliğ etdiyi hürufilik dini-fəlsəfi təlimindən, şairin əsərlərinin dil və üslub xüsiyyətlərindən bəhs edən qəzet, jurnal və toplu materialları da ziyarətçilərin ixtiyarına verilib.