İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun iclası keçirilir

“ELS” 18 seçki dairəsi, 1180 seçki məntəqəsində “exit poll” keçirəcək
XİN: Şuşanın işğalı Ermənistanın Azərbaycana qarşı sistematik işğalçılıq siyasətinin tərkib hissəsidir
Prezident İlham Əliyev Bəhreyn Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun iclası keçirilir.

“Report” xəbər verir ki, iclasda Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında daimi nümayəndəsi, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova, daxili işlər nazirinin müavini, Baş Təşkilati-İnspeksiya İdarəsinin rəisi Fazil Quliyev, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi İlqar Cəfərov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova, Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitənin üzvü Çingiz Qənizadə, hüquq müdafiəçiləri – Novella CəfəroğluSəadət BənəniyarlıƏvəz HəsənovMirvari QəhrəmanlıArzu Abdullayeva iştirak edir.

S.Səmədov deyib ki, iclasda bir sıra məsələlər müzakirə ediləcək.

Hazırda iclas qapalı formada davam edir.