“İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu yeni layihənin icrasına başlayır

Prezident İlham Əliyev Dünya Səhiyyə Təşkilatının baş direktorunu qəbul edib
Prezident İlham Əliyev Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olub
Gələn il Azərbaycan Könüllü Təşkilatları İttifaqı Beynəlxalq Könüllülük Mərkəzinə sədrlik edəcək

“İnsan Hüquqları XXI əsr– Azərbaycan” Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələri üçün psixoloji xidmətlərin göstərilməsi layihəsinin icrasına başlamışdır.

Layihənin əsas məqsədi vətənin azadlığı və bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin ailələrinə unudulmadıqları mesajını vermək, dövlətimizin bu sahədə apardığı ardıcıl və məntiqli siyasətə ictimai dəstəklə yanaşı, gənc nəslin dövlətçilik ruhunda tərbiyəsinə kömək etməkdən etməkdir. Layihə çərçivəsində ümumilikdə 200-ə yaxın itkin düşmüş şəxsin ailə üzvlərinə psixoloji yardım göstərilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə yaradılacaq “ETİMAD XƏTTİ” vasitəsilə onların problemləri daha dərindən araşdırılacaqdır.

Qeyd edək ki, “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu 2011, 2012 və 2013, 2014-cü illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Bakı şəhərinin rayonlarında yaşayan müharibədə itkin düşmüş şəxslərin ailələrinin hüquqi, psixo-sosial çətinliklərinin azaldılması məqsədi əməkdaşlıq etmiş, həmçinin bu məqsədlə “İtkin Düşmüş Şəxslərin Ailələrinin Psixo-Sosial Reabilitasiyası Mərkəzi” yaradılmışdır.

MƏTBUAT XİDMƏTİ

16.08.2017