“İqtisadi inkişafın Azərbaycan modeli” movzusunda beynəlxalq konfrans keçiriləcək

Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarılması və əhalinin içməli suya tələbatının ödənilməsi məqsədi ilə subartezian quyuları qazılacaq
Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib
Birinci vitse-prezident Mehriban Əliyeva: Bizim torpağımız,Vətən uğrunda mübarizəmiz müqəddəsdir

Azərbaycanda Regional İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 17 sentyabr 2010-cu il tarixdə “İqtisadi inkişafın Azərbaycan modeli” movzusunda beynalxalq konfrans keçiriləcək. Konfransa dövlət qurumlarının rəhbərləri, iqtisadçı-ekspertlər, QHT və KİV təmsilçiləri ilə yanaşı, beynəlxalq təşkilatlardan 50 nəfərə yaxın ekspert dəvətlidir. Qeyd edək ki, qonaqlar arasında AŞPA-nın 25 nəfər üzvü də vardır. Ekselsior otelinin konfrans zalında baş tutacaq tədbirdə İqtisadi İnkişaf Naziri Şahin Mustafayev “Azərbaycan iqtisadiyyatının inkişaf dinamikası” mövzusunda, Sənaye və Energetika naziri Natiq Əliyevin “Azərbaycanın enerji siyasəti və beynaxalq iqtisadi əməkdaşlıq” mövzusunda, Belçika parlamentinin üzvü İvan Sabbe “Gənc demokratiyaya Qərbin investisiya imkanları: Azərbaycan, Şərq və Qərb arasında kəsişmə” mövzusunda çıxışları nəzərdə tutulub. Konfransa akademiklər Z. Səmədzadə, X. Yusifzadə, Asəf Nadirov və digər ekspertlərin çıxalarıda planlaşdırılıb.

Azərbaycanda Regional İnkişaf Mərkəzi