Şamaxının millət vəkili 9-cu dəfə Qəhrəman Anaları təbrik etdi

Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycanın baş konsulu ABŞ-ın ermənipərəst konqresmenlərinə cavab verdi
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Şamaxının millət vəkili Elxan Süleymanov hər il olduğu kimi, bu il də Şamaxı rayonundan olan Qəhrəman anaları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Şamaxı şəhəri, Mədrəsə, Sabir, Şəhriyar qəsəbələrində, Muğanlı, Çuxuryurd, Mirikənd, Qurdtəpə, Qaravəlli, Məlcək, Pirbəhli, Əhmədli, Saqiyan, Cabanı, Bağırlı, Qaleybuğurt, Quşçu, Məlikçobanı, Göylər, I Çaylı və Əngəxaran kəndlərində yaşayan 115 Qəhrəman Anaya millət vəkili Elxan Süleymanovun adından bayram hədiyyələri və təbrik məktubları təqdim olunub.

Bu ənənənin əsası  2011-ci ildə qoyulub.