
Bu gün Ermənistan Respublikası adlanan Qərbi Azərbaycan ərazisində tarix boyu azərbaycanlılara məxsus minlərlə maddi-mədəniyyət nümunələri, tarixi-memarlıq abidələri, dini ibadət yerləri, pirlər, ocaqlar mövcud olmuşdur. Qədim alban tayfalarının, oğuz və qıpçaq boylarının xristianlıq mərhələsində mövcud olmuş tarixi-memarlıq abidələri VII əsrin ikinci yarısından etibarən regionda islam dininin bərqərar olmasından sonra tədricən erməni irsi kimi qələmə verilmişdir. İslam dininin qəbul edilməsindən sonra tərk edilən məbədlər xristian erməni missionerləri tərəfindən mənimsənilmişdir.
(Davamı)
Qala məscidi
Ayrı-ayrı dövrlərdə səyyahların əsərlərində, tədqiqatçıların araşdırmalarında İrəvan qalasındakı Sərdar sarayının yaxınlığında yerləşən məscid “Sərdar”, yaxud “Abbas Mirzə” məscidi adlandırılıb. İrəvan qalasının çar Rusiyası işğalı dövrünə aid bəzi sənədlərdə bu məscidin adı “Abbas Mirzə” məscidi kimi hallandırılır. Görünür, həmin məscid XIX əsrin əvvəlində vəliəhd Abbas Mirzə tərəfindən yenidən qurulduğu üçün məhz onun adı ilə adlandırılmışdır. Alman tədqiqatçısı Avqust Haksthauzen 1843-cü ilin avqust ayında İrəvan şəhərində olmuş və Qalada olan ikiməsciddən birinin (yəni Rəcəb paşa məscidinin) rus-yunan kilsəsinə, digərinin – Sərdar məscidinin isə silah anbarına çevrildiyini qeyd etmişdir.
Tanınmış rus arxeoloqu qrafinya Praskofya Uvarova 1880-ci ildə İrəvan şəhərində olmuş, Xan sarayının yaxınlığında yerləşən Sərdar məscidini Vereşşaginin fırçasından çıxan tabloya bənzətdiyini qeyd etmişdir.
İmperator Arxeoloji Komissiyasının qərarına əsasən 1911-ci ildə professor Nikolay Marr İrəvan xan sarayına baxış keçirmiş və saray kompleksinə daxil olan Abbas Mirzə məscidinin də vəziyyətini təsvir etmişdir. N.Marr İmperator Arxeoloji Komissiyasının 17 may 1912-ci il tarixli iclasında etdiyi məruzəsində yazırdı: “Məscid indi də yaxşı vəziyyətdədir, lakin onun qorunması üçün heç bir tədbir görülmür və hər şey Sərdar sarayının vəziyyətinə düşməsinə xidmət edir. Bununla belə, o, yerli müsəlman mədəniyyətinin qiymətli irsidir: günbəzin içərisində çevrəsi boyunca ərəb hərfləri ilə kitabə mövcuddur; mehrab üzərindəki naxışlar xalçaya bənzəyir və yüksək dərəcədə üslubludur. Günbəzi çat vermişdir və onu çoxdan təmir etmək olardı”.
Lakin İrəvanda azərbaycanlılara məxsus digər maddi-mədəniyyət abidələri kimi, Abbas Mirzə məscidi də erməni vandalları tərəfindən tədricən hissə-hissə dağıdılmışdır. İsa Əzimbəyov yazır ki,Qalanın içərisində, Sərdar sarayının yaxınlığında yerləşən şah Abbasın adına inşa edilən məscid (yəni Sərdar məscidi-N.M.) yarı uçuq vəziyyətdədir və onun həyətində bir neçə erməni qaçqın ailəsi məskunlaşmışdır. O, həmin məscidin böyük həyətinin olduğunu, həyətin ortasında hovuz inşa edildiyini yazır. XX əsrin əvvəllərində Sərdar məscidində Türkiyədən gələn erməni qaçqınları məskunlaşdırılmışdı. Sovet Ermənistanı dövründə isə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.
2014-cü ilin payızında erməni vandalları bir gecənin içində Sərdar məscidinin qalıqlarını da yox etmişlər. Bütün bunlar həmin ərazinin əzəli sakinləri olan azərbaycanlıların mədəni irsinə olan düşmən münasibətinin əyani təzahürü, erməni vandalizminin bariz nümunəsidir.
Şəhər məscidi
İrəvanın Şəhər adlanan hissəsində yerləşmişdir. İrəvan xanı Zal xan dövründə 1649-cu ildə inşa edilmişdi. Ona görə həm də Zal xan məscidi adlanırdı. İrəvanda baş verən 1679-cu il zəlzələsi zamanı məscid dağılmış, sonradan yenidən bərpa edilmişdi. İngilis səyyahı Henri Linçin verdiyi məlumata görə, Şəhər camisinin üzərində ərəb əlifbası ilə türk dilində məscidin hicri tarixi ilə 1098-ci ildə tikildiyi– yəni miladi təqvimi ilə 1687-ci ildə inşa edildiyi yazılmışdır. Şəhər məscidi həcmcə Göy məsciddən nisbətən kiçik olsa da, çox gözəl olmuşdur.
Xarici görünüşünə görə Göy məscidə bənzəyən Zal xan məscidinin də dincəlmək üçün həyəti, sərin bağçası olmuşdur. Tədqiqatçıların verdikləri məlumata görə, Zal xan, yaxud Şəhər məscidi İrəvan şəhərinin mərkəzindəki hazırda Respublika meydanı adlanan ərazidə olmuşdur. 1928-ci ildə Şəhər məscidinin böyük zalı sökülərək onun yerindəYerevan” hoteli inşa edilmişdir. 1999-cu ildə rekonstruksiya edildikdən sonra həmin hotel hazırda “Golden Tulip Hotel Yerevan” adlanır.
İkimərtəbəli binası və çoxlu hücrələri olan Zal xan məscidinin mədrəsəsinin təyinatı İkinci Dünya müharibəsindən sonra dəyişdirilmişdir. Hazırda həmin binada Rəssamlar evinin sərgisalonu yerləşir.Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan 1949-cu ilə aid bir arxiv sənədində Zal xan məscidinin sərgi zalı kimi istifadə edildiyi göstərilmişdir.
Sərtib xan məscidi
İrəvanın Şəhər hissəsində Şeyxülislam küçəsində yerləşib. Dəmirbulaq məhəlləsində Məhəmməd Sərtib xan tərəfindən XIX əsrin əvvəlində inşa edilmişdir.Məhəmməd Sərtib xan İrəvanın 1827-ci ildə Rusiya tərəfindən işğalından sonra şəhər idarəetmə sistemində azərbaycanlıları təmsil etmişdir. Sərtib xan məscidi indiki Xaçik Daştens adına 114 saylı məktəbin həyətində, Hanrapetutyan 73 ünvanında yerləşib. Məscidin kisik minarəsi olmuşdur. Mədrəsəsi ilə birlikdə böyük komplekstəşkil etmişdir. Sərtib xan məscidinin binası yeni tikilən binaların arasında 1960-cı illərdə mövcud olmuşdur. Daha sonra erməni vandalları tərəfindən yer üzündən silinmişdir.
Hacı Novruzəli bəy məscidi
İrəvanın Şəhər hissəsində Zöhrab küçəsində mövcud olmuşdur. Şəhər hissəi ilə Dəmirbulaq hissəsinin kəsişməsində yerləşirdi. XVIII əsrin sonlarında inşa edildiyi təxmin edilir. 1950-ci ilədək uçuq-sökük vəziyyətdə qalırdı. İndiki Vizantiya və Ağasi Xancyan küçələrinin kəsişməsində inşa edilən Vernisajın (açıq səma altında incəsənət mallarının satış mərkəzi) yerində mövcud olmuşdur.
Dəmirbulaq məscidi
Dəmirbulaq məscidi Gedər çayının üzərindəki körpünün yaxınlığında yerləşdiyi üçün onu Körpüqulağı məscidi də adlandırmışlar. İrəvan şəhərində 1988-ci ilədək fəaliyyət göstərən yeganəməscidÇətirliməscid və yaxud yerləşdiyi ərazinin adına uyğun olaraq adlandırılan Dəmirbulaq məscidi olmuşdur. Üzərindəki kitabədə məscidin hicri təqvimi ilə 1327-ci ildə – yəni miladi təqvimi ilə 1909-cu ildə inşa edildiyi göstərilmişdi. Məscidin minarəsi yox idi. Əvəzində məscid binasının damında açıq havada 1,5-2 metr hündürlüyündə kvadrat şəkilli meydança inşa edilmiş, onun üzərində dəmir barmaqlıqlarla əhatələnmiş məhəccər quraşdırılmışdı. Dörd yanı açıq olan məhəccərin üstü dəmir təbəqə ilə örtüldüyündən bu məscid Çətirli məscid adlanırdı. Ermənistan SSR Nazirlər Sovetinin yanında Erməni Kilsələri Şurasının 17 avqust 1981-ci ildə verdiyi arayışda Babayev Əkbər Cəfər oğlunun Dəmirbulaq məscidinin icraiyyə orqanının sədri olduğu göstərilir. Həmin orqanın 2 iyun 1985-ci ildə verdiyi digər arayışda Myasnikyan rayonu, Nərimanov küçəsi-145 (hazırda Vardanans küçəsi) ünvanında yerləşən Dəmirbulaq məscidi üçün siqnalizasiya quraşdırılması məsələsi qaldırılmışdır.
1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni separatizminin baş qaldırmasından sonra İrəvanda fasiləsiz mitinqlər keçirilirdi. Fevralın 23-də erməni quldurları İrəvan şəhərindəki Dəmirbulaq məscidini və yaxınlığındakı M.F.Axundov adına 9 №-li azərbaycanlı orta məktəbin binasını yandırmışdılar.
Tədqiqatçı Tomas deVaal 2000-ci ildə İrəvanda səfərdə olarkən Robert Kullenin təsvir etdiyi yerə getmişdir. Tomas de Vaal yazır: “İrəvan sirlərlə dolu şəhərdir. Mənə elə gəlir ki onlardan biri mərkəzi meydanın yaxınlığında Vardanans küçəsindəki 22№-li çoxmərtəbəli yaşayış evinin arxasında yerləşir. Dar daş pilləkənlərməni ətrafı paslanmış qarajlar, kərpic və qum qalaqlarından ibarət boş birməkana gətirib çıxartdı. Mən demək olar ki, əmin idim ki, məhz bu məkanda nə vaxtsa İrəvan azərbaycanlılarının istifadə etdiyi məscid dayanmışdı”.
Görünür, ermənilər İrəvandakı ibadətə açıq olan yeganə azərbaycanlı məscidini sökmək üçün mitinqlərin birində şayiə yaymışlar ki, guya azərbaycanlılar Bakıda erməni kilsəsini sökmüşlər. Bakıda söküldüyü söylənilən erməni kilsəsinin əvəzini çıxmaq üçün mitinq iştirakçılarını qızışdıraraq Dəmirbulaq məscidini sökməyə göndərmişlər. Üç gün ərzində erməni vandalları Allahın ibadət yerini yerlə yeksan etmişdilər.
Ermənilər Bakıdakı erməni kilsəsinin sökülməsi xəbəri məqsədlişəkildə yayılmışdı ki, Ermənistan ərazisində mövcud olan azərbaycanlılara məxsus mədəni irsin yer üzündən silinməsinə ermənisayağı bəraət qazandırılsın. Halbuki, Bakıda mövcud olan yeganə erməni kilsəsi tariximemarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə edilir.
Təpəbaşı məscidi
Təpəbaşı yaşayış massivində yerləşən məscidin adı tarixi ədəbiyyatda Hacıİmamverdi məscidi kimi çəkilir. Rusiya işğalı zamanı Təpəbaşı küçəsində yerləşdiyi göstərilir . Məscisin 1687-ci ildə inşa edildiyi qeyd edilir. Daha sonralar yerləşdiyi ərazinin adı ilə Təpəbaşı məscidi adlanmışdır. Məscidin gümbəzi 1960-cı illərdə uçmuşdur. Divarlarının qalınlığı təqribən 1,5 metr olan məscidin içərisindəki axundun otağında hazırda bir erməni ailəsi yaşayır. Məscidin ətrafında bir çayxana da var idi ki, müsəlmanlar yığışıb çay içərdilər. Məscidin həyətində və ətrafında ermənilər gecəqondularinşa etmişlər.İrəvan xanı Hüseynəli xanın nəticəsi, şəhər idarəsinin (upravasının) üzvü olmuş Abbasqulu xan İrəvanskinin evi Təpəbaşı məscidinə yaxın ərazidə yerləşdiyi üçün həmin məscid son dövrlərdə Abbasqulu xanməscidi adlanırdı. Hazırda dağıdılmış vəziyyətdə olanAbbasqulu xanın evini ermənilər hələ də “Xanın evi” adlandırırlar. Məscidin günbəzi 1988-ci ildə “qəfildən” uçub.
Ümummilli lider Heydər Əliyev Qərbi Azərbaycandan zaman-zaman deportasiya edilən azərbaycanlıların öz yer-yurdlarına qayıdacaqlarına inandığını bildirirdi. O, 10 dekabr 1998-ci ildə “İslam sivilizasiyası Qafqazda” mövzusunda Bakıda keçirilən beynəlxalq simpoziumun iştirakçılarının bir qrupu ilə görüşündə demişdi: “İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsunmüsəlman yoxdur.Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, ermənişovinizmisiyasətinin nəticəsidir.”
Yuxarıda sadalanan faktlar sübut edir ki, təkcə İrəvan şəhərində deyil, bütövlükdə hazırda Ermənistan adlanan və özünü dünyanın sivil ölkəsi kimi beynəlxalq aləmə təqdim etməyə çalışan bir dövlətin ərazisində azərbaycanlılara məxsustarixi-memarlıq abidələrinə, onların maddi irsinə qarşısözün həqiqimənasındamədəni vandalizm aktları həyata keçirilməsi bu gün də davam etdirilir.
Nazim Mustafa
Prezident Kitabxanasının şöbə müdiri,
Dövlət Mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru
Mənbə: Yeni Fikir, Naxçıvan Dövlət Universiteti, 9 aprel 2024-cü il, №: 2 (58), səh.8-9