İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 400 milyon dollara çatıb

“The Washington Times”: Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Məhərrəm Zülfüqarlı: Maddi-mədəni irsə aid nə varsa ya onu məhv ediblər, ya da ən yaxşı halda onu saxtalaşdırıblar.

Cari ilin ötən 8 ayında İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 400 milyon dollara çatıb.

Bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.

Səfir bildirib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının səyləri nəticəsində iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Bu inkişaf ticarət dövriyyəsinin artmasına səbəb olub.

C.Cahangirzadə İran iş adamlarına müraciət edərək deyib ki, Azərbaycan vasitəsilə iş adamları üçüncü ölkələrin bazarlarına çıxış əldə edə bilərlər. Azərbaycanda tranzit üçün yaxşı imkanlar mövcuddur.

Rabil Kətanov, AZƏRTAC-ın xüsusi müxbiri

Tehran