İşğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işlərinə artıq başlanıb

Prezident Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında Fərman verdi
“Hədiyyə karvanı” Şəhid və qazi övladlarını sevindirmək üçün növbəti dəfə Azərbaycandadır
Azərbaycan Prezidenti İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının Baş katibini qəbul edib 

“İşğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işlərinə artıq başlanıb. Növbəti ilin dövlət büdcəsi layihəsində işğaldan azad edilmiş ərazilərin, Qarabağın, Şərqi Zəngəzurun iqtisadiyyatımıza reintqrasiyası üçün 2,2 milyard manat vəsait nəzərdə tutulub”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Nazir bildirib ki, qələbənin nəticəsi olaraq, Azərbaycan sərhədləri bərqərar olub və sərhədlərin qorunması məsələsi də böyük əhəmiyyət kəsb edir: “Bu baxımdan orada müvafiq infrastrukturların qurulması ilə bağlı xərclərin maliyyə təminatı dövlət büdcəsində nəzərdə tutulub. Silahlı qüvvələrimizin müdafiə təminatının daha gücləndirilməsi üçün dövlət büdcəsi xərclərinin 15% hissəsi bu istiqamətə yönəldiləcək”.

APA