İşğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə olaraq Azərbaycan və Özbəkistan QHT-lərinin forumu keçirilir

İlham Əliyev Qubadlı şəhərində inzibati binanın təməlinin qoyulması mərasimində iştirak edib
Qara Qarayevin musiqisi Amerikanın əsas milli dini məbədində səsləndi
COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib

İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə olaraq Azərbaycanın və Özbəkistanın qeyri-hökümət təşkilatlarının əməkdaşlıq forumu işə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli şəhər Mirzə Uluqbəy adına tam orta məktəbdə təşkil olunan tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Sonra Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndirilib.

Forumda dövlət və hökumət nümayəndələri, həmçinin iki ölkədən 100-dən çox QHT təmsilçisi iştirak edir. Tədbirdə Azərbaycan-Özbəkistan əlaqələri barədə videoçarx nümayiş olunub.

Toplantıda iki ölkə arasında əməkdaşlıq imkan və perspektivlər barədə fikir mübadilələrinin aparılması nəzərdə tutulur.

Özbəkistanın və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin hər iki ölkənin dövlət başçılarına birgə müraciətinin qəbulu nəzərdə tutulur.

AZƏRTAC