İşğaldan azad olunan ərazilərə qayıdış məsələsi müzakirə olunub

Təklif dəstəkləndi: “Şuşada Aqarunovun adına küçə verilsin”
SOCAR Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk konteyner nəqlini həyata keçirib
AVCİYA-nın vitse-prezidentinin kitabı 7 dilə tərcümə edilərək yayımlanıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Kəlbəcər rayonunun Ağdaban və Çayqovuşan kəndlərinin bir qrup sakini ilə görüşüb.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Ermənistanın işğalçı qüvvələrini məğlub etməsi və torpaqlarımızı işğaldan qurtarması nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının qürur və minnətdarlıq hissi doğurduğu bildirilib.

Əzəli yurd yerlərinə, ata-baba ocaqlarına tezliklə qayıtmaq arzusunda olan keçmiş məcburi köçkünlər indiyədək onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə edib, Böyük Qayıdışın təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirilməsi üçün ölkə rəhbərliyinin bütün zəruri tədbirləri görəcəyinə böyük inam bəslədiklərini söyləyiblər. Bu istiqamətdə atılan məqsədyönlü addımlar yüksək qiymətləndirilib.

Öz həyatını torpaqlarımızın azadlığı uğrunda qurban verən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, qəhrəman oğullarımızın qanı ilə daha da müqəddəsləşən yurd yerlərinə qayıdışın mənəvi borc olduğu vurğulanıb.

Görüş iştirakçıları Kəlbəcər rayonunun digər yaşayış məntəqələri kimi Ağdaban və Çayqovuşan kəndlərinin tezliklə ordumuzun nəzarətinə veriləcəyinə, bu kəndlərin sakinlərinin geri qayıdışına şərait yaradılacağına ümidvar olduqlarını bildiriblər. Bununla əlaqədar onlar dövlətimizin başçısına müraciət ünvanladıqlarını qeyd ediblər.

Görüşdə keçmiş məcburi köçkünləri maraqlandıran məsələlərlə bağlı sualları cavablandırılıb. O cümlədən işğaldan azad edilmiş ərazilərin bərpası, dirçəlişi və inkişafı üzrə qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb.

Report