Bitərəf deputatların MSK üzvlüyünə namizədlərinin siyahısı Milli Məclisə təqdim olunub

İƏT Təmas Qrupu Qarabağa səfərin yekunları ilə bağlı hesabatını tərtib edəcək
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı təbrik məktubu
Parlamentlərarası İttifaqın Baş katibi: Azərbaycan və Ermənistan arasındakı irəliləyişləri dəstəkləməliyik 

Bu gün Milli Məclisin bitərəf deputatlarının iclası keçirilib.

İclasda üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarının Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil olunacaq namizədləri müəyyənləşib.

İclasda sonra namizədlərin siyahısı Milli Məclis Aparatına təqdim edilib.

Siyahıda 7 nəfərin adı yer alıb:

1. Arifə Muxtarova

2. İlham Məmmədov

3. Nizami Nadirxanlı

4. Fuad Cavadov

5. Qabil Orucov

6. Nailə Əsgərova

7. Aydın Muradov.

Qeyd edək ki, yeni siyahıda indiyədək MSK sədrinin müavini olmuş Rövzət Qasımovun adı yer almayıb.

Bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən, Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

Məsələ gələn həftə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Report