İşğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçuların aylıq vəzifə maaşları artırıldı

Prezident sərəncamını imzaladı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”
Luka Volontenin bəraət alması xəbərini dünya mediasında 80 milyon insan izləyib
Şamaxının millət vəkili balacaları və şəhid ailələrini yeni il münasibətilə təbrik edib

İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının sosial müdafiəsini gücləndirilmək məqsədilə həmin hərbçilərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat briqadalarında xidmət edən hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilib.

İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçuların hərbi xidmət müddəti və xidmət yeri nəzərə alınmaqla aylıq vəzifə maaşlarının 20–60 faizi həcmində 5 (beş) il müddətində Müdafiə Nazirliyi tərəfindən ödəniləcək.

Müdafiə və Maliyyə nazirliklərinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncam 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

AZƏRTAC