İsveçin xəbər portalında “Azərbaycanda Şuşa döyüşü” sərlövhəli məqalə yayımlanıb

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması barədə Sərəncam imzalayıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının icrası ilə əlaqədar 2018-ci il üçün İş planı təsdiq edilib

İsveçin “Cawa Media” xəbər portalında “Azərbaycanda Şuşa döyüşü” sərlövhəli məqalə yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Şuşa şəhərinin əsasının Azərbaycanın Qarabağ xanı Pənahəli xan tərəfindən 1752-ci ildə qoyulduğu, bu şəhərin ölkəmiz üçün mədəni və strateji əhəmiyyət daşıdığı, 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğal olunduğu, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin Şuşa uğrunda qanlı döyüşlər apardığı və noyabrın 8-də şəhəri azad etdiyi barədə ətraflı məlumat verilib. Şuşanın bölgənin “döyünən ürəyi” adlandırıldığını vurğulayan müəllif qeyd edib ki, şəhərin əksər hissəsi dağıntı içindədir, burada bərpa və yenidənqurma işləri aparılır.

Məqalədə 2021-ci ilin sentyabrında “Cawa Media” əməkdaşlarının azad edilmiş ərazilərə səfər etmək üçün Azərbaycan dövlətinin icazəsini alan ilk isveçli jurnalistlər olduğu, Füzuli Beynəlxalq Hava Limanında və Zəngilanda aparılan işlərə, ANAMA əməkdaşlarının əraziləri minalardan təmizləməsi prosesinə şahid olduqları bildirilib.

Qeyd edilib ki, “Cawa Media” əməkdaşlarının Şuşa şəhərində və ətrafında çəkdikləri şəkillər Avropa Parlamentində nümayiş etdiriləcək. Bu xüsusi sərgi barədə ətraflı məlumat isə oktyabr-noyabr aylarında saytda yerləşdiriləcək.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: