İsveçrənin mobil operatoru Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən şirkətlə əməkdaşlığı dayandırıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı
Ağdam tezliklə regionun cəlbedici turizm istiqamətlərindən birinə çevriləcək 
Dövlət Əməyin Mühafizəsi Fondunun fəaliyyət istiqamətləri açıqlanıb

İsveçrənin mobil rabitə operatoru Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən şirkətlə əməkdaşlığı dayandırıb.

Trend-ə Azərbaycanın İsveçrədəki səfirliyinədn verilən məlumata əsasən, İsveçrənin aparıcı mobil operatoru “Swisscom”un Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” ilə əməkdaşlığı barədə məlumat əldə edən Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi həm “Swisscom” şirkətinin rəhbərliyi, həm də İsveçrə Konfederasiyasının müvafiq dövlət qurumları ilə davamlı iş apararaq, “Karabakh Telecom” şirkətinin fəaliyyətinin qanunsuzluğunu və işğal olunmuş ərazilərimizdə Ermənistanın ölkə kodu ilə fəaliyyət göstərdiyini, bu qanunsuz hərəkəti ilə işğal faktını qanuniləşdirməyə çalışdığını izah edib, Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən İsveçrəyə məxsus bir şirkətin ərazi bütövlüyümüzə açıq-aşkar hörmətsizlik nümayiş etdirən qondarma “Karabakh Telecom” şirkəti ilə əməkdaşlığının ölkələrimiz arasında dost münasibətlərə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Bakı. Trend: