İyunun 5-də Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçiriləcək

Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan növbəti konfrans Qusarda təşkil ediləcək
Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib
Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib

Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar iyunun 5-də Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a bildirib ki, 1972-ci ildən başlayaraq hər il iyunun 5-i bütün dünyada Ümumdünya Ətraf Mühit Günü kimi qeyd edilir.

Bu günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə və ekoloji məsələlərə yönəltməklə təbiəti qorumağın vacibliyini vurğulamaqdır.

S.Məmmədova qeyd edib ki, hər il Ümumdünya Ətraf Mühit Günü ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, tullantıların, o cümlədən plastik tullantıların düzgün idarə olunması, sudan səmərəli istifadə və bu kimi digər maarifləndirici tədbirlər həyata keçirilir.

Çox sevindiricidir ki, ölkəmizdə təbiətsevərlərin sayı artır, ətraf mühit problemlərinə qarşı ictimai qınaq formalaşır, insanlar laqeyd mövqe tutmadan problemlərin həlli istiqamətində öz köməklərini əsirgəmirlər.

S.Məmmədova bildirib ki, həmin əlamətdar günü təbiət qoynunda keçirmək istəyən hər kəs Azərbaycanın müxtəlif bölgələrində yerləşən, zəngin təbii landşafta və özünəməxsus ekosistemə malik olan milli parklarımıza səyahət edə və füsunkar təbiət ərazilərində səmərəli gün keçirə bilərlər.

AZƏRTAC