“Kapital Bank” Cocuq Mərcanlıda bankomat quraşdırıb

Prezident və birinci xanım Xocalı soyqırımı abidəsini ziyarət ediblər
27 il Xankəndisiz…
Aleksandr Lukaşeviç: Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik səylərini davam etdirəcək

“Kapital Bank” Cocuq Mərcanlıda bankomat quraşdırıb.

2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyi düşməndən azad edildi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi tam bizim nəzarətimizə keçdi. Ölkə başçısı İlham Əliyev kəndin yenidən qurulması üçün Prezidentin ehtiyat fondundan vəsait ayırdı və 2017-ci ildə “Böyük qayıdış” devizi altında həmin kəndə köç başladı.

“Kapital Bank”dan AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın bütün rayonlarında xidmət nöqtələri olan “Kapital Bank” Cocuq Mərcanlı sakinlərinə də xidmət göstərməyə başladı. Ötən ay həmin kəndə “Kapital Bank”ın bankomatı quraşdırılıb.

“Kapital Bank” tərəfindən 2017-ci il ərzində cəbhəyanı zonada yerləşən Ağdam, Tərtər, Ağcabədi və Füzuli filialları yeniləyərək müştərilərin ixtiyarına verilib. Yenilənən filiallar müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, hazırda dövriyyədə “Kapital Bank”ın 3 milyona yaxın ödəniş kartı var. Müştərilərə daha effektiv xidmət göstərilməsi üçün, həmçinin məlumat mərkəzi həftənin bütün günləri fasiləsiz işləyir. “Kapital Bank”ın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS-terminalı var.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.