“Keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına və hüquqlarının müdafiəsinə ictimai dəstək” layihəsinin icrası başa çatıb

“Con Batçelor Şou”: Tərtər rayonundan reportaj
Qusarda keçirilən beynəlxalq konfransın iştirakçıları adından dünya elmi ictimaiyyətinə müraciət qəbul olunub
Elxan Süleymanov: “Zəfərlə başa çatan Vətən Müharibəsi yeni ictimai-siyasi ənənələrin də əsasını qoydu”

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına və hüquqlarının müdafiəsinə ictimai dəstək” layihəsinin icrası başa çatıb.

Layihənin əsas məqsədi insan hüquqlarının ayrılmaz hissəsi olan məhkum hüquqlarının qorunması, cəza müddətinin bitməsinə az qalmış məhkumların cəmiyyətə sosial adaptasiyası və həmçinin cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına kömək etmək, qanunvericiliyin müəyyən etdiyi hüquqlardan yararlanmalarına və təkrar cinayət törətmələrinə mane olmaqdır. 3 ay davam etmiş layihə çərçivəsində  müəyyən olunmuş cəzaçəkmə müəssisələrində (hər cəzaçəkmə müəssisəsində 30-40 məhkum olmaqla) cəza müddətinin bitməsinə az qalmış məhkumlarla maarifləndirici tədbirlər keçirilmişdir. Qeyd olunan tədbirlərdə onlara hüquq vəzifələri izah olunmuş, təşkilatımızın layihədə nəzərdə tutduğu xidmətləri ilə bağlı məlumat verilmişdir. Layihə müddətində ümumilikdə cəza çəkməkdən azad olunmuş yüzdən çox məhkuma hüquqşünas və psixoloq tərəfindən pulsuz fərdi konsultasiyalar təşkil olunmuş və hüquqi yardım göstərilmişdir.

Mətbuat Xidməti