PRESS-RELİZ

AVCİYA prezidentliyə namizədlərin iştirakı ilə dəyirmi masa keçirib
Qarabağ müharibəsində itkin düşmüş şəxslərin xatirəsinə qoyulmuş abidənin açılışı olub
AVCİYA prezident seçkiləri ilə bağlı KİV-də aparılan monitorinqin nəticələrini açıqlayıb

“İnsan hüquqları XXI əsr- Azərbaycan” fondu Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan ailələri üçün hüquqi xidmətlərin göstərilməsi” layihəsinin icrasını yekunlaşdırmışdır. Layihənin əsas məqsədi Bakı şəhərinin rayonlarında yaşayan Müharibədə itkin düşmüş şəxslərin ailələrinin psixo-sosial çətinliklərinin azaldılması, onların psixo-sosial sahələrdəki dəstək xidmətlərinə çıxışını təmin etmək üçün tədbirlərin görülməsi, peşəkar hüquqşünasların  fəaliyyətindən istifadə etməklə ailə üzvlərinin hüquqi vəziyyətinin analiz olunması, effektiv və pulsuz hüquqi yardımla təmin edilməsi, xüsusi ilə hərbiçilərdə dövlətçiliyə və gələcəyə olan inamın gücləndirilməsinə kömək etməkdən ibarət olmuşdur. 3 ay davam etmiş layihə çərçivəsində Sabunçu və Suraxanı rayonlarında yaşayan itkin ailələri ilə 3 Qrup görüşü keçirilmiş, 2017-ci ildə Şuranın dəstəyi ilə yaradılmış “Etimad xətti” vasitəsi ilə isə 100-lərlə itkin ailəsinə hüquqi yardım göstərilmiş, hüquqi məsləhətlər verilmişdir. Layihənin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulmuşdur.

Mətbuat Xidməti