Komitə sədri Qarabağda yaşayan ermənilərlə görüşlərin keçirilməsini təklif edib

İşğaldan azad edilən ərazilərdə meşələrin bərpasına başlanılıb
ANAMA işğaldan azad edilmiş ərazilərlə bağlı həftəlik məlumatı açıqlayıb
“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası başa çatıb

“Erməni əsilli azərbaycan vətəndaşlarının yeni reallığı anlaması və Azərbaycan dövlətinin qanunlarını qəbul edərək yaşaması sahəsində görüşlərə ehtiyac var. Hazırda postmüharibə dövründə biz icmalar arasında müxtəlif görüşlər keçirə bilərik”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.

Komitə sədri xatırladıb ki, 30 ilə yaxın davam edən erməni işğalına son qoyulub: “Azərbaycan BMT-nin qətnamələrinin icrasını təmin edərək ərazi bütövlüyünü təmin edib. Son 18 ildə aparılan balanslı siyasət bütün sahələrdə öz müsbət nəticəsini verdi. Ölkəmiz dinamik və davamlı inkişaf edir, beynəlxalq arenada Azərbaycanın sözü, münasibəti qəbul olunur. Erməni işğalçıları təkcə bizə deyil, evimizə, onun daşına, divarına, ağaca da nifrət hissi ilə yanaşıblar. Ekoloji terror törədiblər. Ötən dövrdə işğalda saxladıqları ərazidə heç nə tikməyib, heç nə yaratmayıblar. Ancaq talan ediblər, dağıdıblar, bir sözlə vandalizm aktı törədiblər. Xarabaya çevrilmiş, talan edilmiş ərazilərimizdə indi böyük işlər gedir, nəhəng quruculuq layihələri həyata keçirilir, şəhər və kəndlərimiz yenidən qurulur. Görülən işlər, həyata keçirilən layihələr bunlar hamısı xalqımızın iradəsini, dövlətimizin gücünü, iqtisadi potensialını bir daha nümayış etdirir”.

“Ölkə əhalisinin yarısını təşkil edən qadınların iqtisadi fəallığının artırılması, idarəetmə və qərarların qəbulu prosesinə cəlb olunması mühüm məsələdir. Qadınların özünü realizə etməsi üçün şəraitin yaradılması, iş və ailə həyatı arasında balansın qorunması həm də davamlı iqtisadi artımı təmin edir. Bu, həm də dövlətimizin iqtisadi cəhətdən güclənməsi deməkdir. Bunun üçün dövlət qurumları ilə yanaşı, müxtəlif qadın təşkilatları, özəl strukturlar, qeyri-hökumət təşkilatları tərəfindən davamlı işlər görülür. Hazırda qadınların cəmiyyətin bütün sahələrinə daha fəal cəlb edilməsi üçün yeni perspektivlər, reallıqlar yaranıb.

Bunlardan biri də sahibkar qadınların Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıdır. Belə bir fəaliyyətin reallaşması isə işğaldan azad olunmuş ərazilərimizə qayıdacaq əhalinin müxtəlif tələbatının ödənilməsi yanaşı, yeni iş yerlərinin yaradılması, məşğulluğunun təmin olunması, əhalinin sosial rifahının yüksəlməsi və bütövlükdə iqtisadiyyatın inkişafı baxımından önəmlidir”, – o vurğulayıb.

Report