Laçın və Ağalıda daha bir qrup sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilib

“Azərbaycan xalçası sivilizasiyaların kəsişməsində” kitabı ispan dilində nəşr edilib
Prezidentlər İlham Əliyev və Aleksandar Vuçiç hərbi texnika və avadanlıqlara baxıblar
Daha 16 itkin-şəhidin dəfn mərasimləri keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizdə özünüməşğulluq proqramının icrası işlərini davam etdirir.

Dövlət Məşğulluq Agentliyindən AZƏRTAC-a bildirilib ki, Laçın rayonuna və Zəngilanın Ağalı kəndinə köçürülən sakinlərdən daha bir qrup şəxsə Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilib.

Laçın rayonunda aktivlərin təqdim edilməsi tədbirində iştirak edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Hüseyn Quliyev proqram iştirakçıları ilə görüşüb, həmin sakinlərin yeni qurduqları təsərrüfatlara dair planları ilə maraqlanıblar.

Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları un məmulatları istehsalı, qadın gözəllik salonu, dərzi sexi, kişi bərbərxanası, dönərxana və broyler inkubatoru xidmətləri üzrə kiçik biznes sahələri yaradıblar.

Beləliklə, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları yaradılan şəxslərin sayı artıq 131-ə çatıb.

AZƏRTAC