Koronavirusa yoluxanların ən çox yayıldığı bölgələr və yaş qruplarına görə bölgüsü açıqlanıb

Məhərrəm Zülfüqarlı: “Paşinyan da Hitler əlaltıları kimi diz çöküb kapitulyasiya aktını imzaladı”
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir…
Qərbi Azərbaycan şəhərləri və yaşayan xatirələr

Azərbaycanda koronavirusa yoluxanların ən çox yayıldığı bölgələr və yaş qruplarına görə bölgüsü açıqlanıbyaş qruplarına görə bölgüsü açıqlanıb.

Ölkə ərazisi üzrə ən yüksək yoluxma Bakı şəhərindədir və burada yoluxma 54,6 faiz təşkil edir.

Bundan əlavə, yüksək yoluxma halları Abşeronda 13,3 faiz, Aranda 11,8 faiz, Gəncə-Qazaxda 6,9 faiz, Şəki-Zaqatalada 3,7 faiz, Quba-Xaçmazda 3,0 faiz, Lənkəranda 2,6 faiz, Dağlıq Şirvanda 2,4 faiz, Yuxarı Qarabağda 13 faiz təşkil edib.

Yoluxanların 21 %-i 30-39 yaş, 18 %-i 50-59 yaş, 16 %-i 20-29 yaş, 15 %-i 40-49 və 60-69 yaş, 6 %-i 10-19 yaş, 4 %-i 70-79 yaş, 3 %-i 0-9 yaş qrupları, 2 %-ini isə 80 yaşdan yuxarı olan şəxslər təşkil edib.

Yoluxanların 51 %-ni qadınlar, 49 %-ni isə kişilərdir.

Koronavirusinfo.az