Layihə haqqında

ATƏT MQ-in həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqları fəallaşdırmağa çağırıb
AVCİYA Xocalı faciəsinin ildönümü münasibətilə dəyirmi masa keçirdi
Məhərrəm Zülfüqarlı: “Rusiya Ukraynada uduzduğu kimi, Qarabağda da uduzacaq”

“Sərsəng-humanitar faciənin qarşısının alınması” layihəsinin məqsədi Sərsəng su anbarının fəaliyyətinə və onun doğuracağı mümkün humanitar faciənin qarşısının alınmasına beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsidir.

Biz dünya ictimaiyyətinin diqqətini Azərbaycanın işğal edilmiş ərazilərlə həmsərhəd olan aşağı Qarabağ rayonlarının əhalisi üçün həyati əhəmiyyətə malik Sərsəng su anbarının suyunun buraxılmasına erməni tərəfinin yaratdığı süni əngəllərə, erməni tərəfinin sudan ekoloji silah kimi istifadə etməsinə, işğal olunmuş ərazi ilə həmsərhəd ərazilərin ətraf mühitinə (heyvan və bitki növlərinin, o cümlədən nadir və kökü kəsilməkdə olan növlərin su çatışmazlığı nəticəsində məhv olmasına, torpaqların deqradasiyasına və səhralaşma proseslərinin artmasına), iqtisadiyyatına, insanların həyat və səhhətinə yetirilən zərərə – gözlənilən humanitar faciəyə cəlb etmək istəyirik. Biz bu layihə vasitəsilə Ermənistan tərəfindən hər hansı hərbi təxribat planlarının qarşısını almaq və cari şərtlərdə kütləvi insan itkilərinə səbəb olacaq hər hansı qəza və ya təbii fəlakətə hazır olmaq məqsədilə beynəlxalq ictimaiyyəti dərhal tədbir görməyə çağırırıq.

Layihənin icrası nəticəsində Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozulmaqla Ermənistan tərəfindən qeyri-qanuni blokada edilməsini beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pisləməsinə nail olmaq, beynəlxalq təşkilatları Ermənistanı su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə məcbur etməyə nail olmaqdır.

Layihənin icrası Sərsəng su anbarında hər hansı təxribat və ya qəza nəticəsində ətraf ərazilərdən yaşayan insanların, həyatına, səhhətinə, əmlakına, dövlət və biznes qurumlarının mülkiyyətinə dəyəcək zərərin hesablanması, Sərsəng su anbarının texniki vəziyyətinin qiymətləndirilməsi məqsədilə beynəlxalq ekspert qrupunun yaradılmasını, bölgəyə səfərini, hesabatların hazırlanması və bir neçə dildə nəşrini, Sərsəng su anbarının qəza təhlükəsi riskinin kompüter modelinin yaradılmasını, Azərbaycanda, xarici ölkələrdə, beynəlxalq təşkilatlarda Ermənistan əleyhinə Sərsəng su anbarı ilə bağlı qərar qəbul edilməsi üzrə məlumatlandırma fəaliyyətini, o cümlədən konfransları, xarici mətbuatda nəşrləri və görüşlərin keçirilməsini nəzərdə tutur.

Layihənin icraçısı

Layihə Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən həyata keçirilir.  AVCİYA qeyri-hökumət təşkilatlarının və üçüncü sektorun digər nümayəndələrinin fəaliyyətinin əlaqələndirilməsi vasitəsi ilə ölkədə vətəndaş cəmiyyətinin inkişafına yardım göstərir, cəmiyyətdə  mövcud olan problemlərin həllində vətəndaşların iştirakını, bu sferalarda gedən proseslərin maksimal şəffaflığını öz qarşılarına məqsəd kimi qoyur. AVCİYAüzv QHT-lərin hesabına müxtəlif sahələrdə mövcud problemlərin üzə çıxarılması, cəmiyyətə çatdırılması və həlli üzrə kompleks tədbirlər həyata keçirməkdədir. Ətraflı bax : http://avciya.az/index/ourgoals/

Layihənin tərəfdaşları

AVCİYA bu layihəni aşağıdakı dövlət və beynəlxalq təşkilatları ilə əməkdaşlıq çərçivəsində həyata keçirir:

Kənd Təsərrüfatı Nazirliyi, www.agro.gov.az

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, www.eco.gov.az 

Meliorasiya və Su Təsərrüfatı ASC, www.mst.gov.az

Ağcabədi rayon İcra Hakimiyyəti, agcabedi-ih.gov.az

Ağdam rayon İcra Hakimiyyəti, agdam-ih.gov.az

Bərdə rayon İcra Hakimiyyəti, berde-ih.gov.az

Tərtər rayon İcra Hakimiyyəti, terter-ih.gov.az

Goranboy rayon İcra Hakimiyyəti, goranboy-ih.gov.az

Layihənin işçi qrupu

Elxan Süleymanov –  Layihənin ideya müəllifi və rəhbəri, Millət vəkili,

Vəli Əlibəyov – İşçi qrupunun rəhbəri

Gülsüm Hümmətova– İşçi qrupu rəhbərinin asisstenti

Samir Isayev –  Baş əlaqələndirici

Xatirə İmamverdiyeva – Əlaqələndiricinin assistenti

Ramiz Sevdimalıyev – Elmi məsləhətçi

Çingiz İsmayılov – İqtisadi təhlil qrupunun rəhbəri

Rüstəm Əliyev – Ekoloji qrupun rəhbəri

Fuad Babayev – Media üzrə məsul

Fuad Süleymanov və Aqşin Əsgərov – Xarici əlaqələr qrupu

Yerli əlaqələndiricilər:

Fəxrəddin Gülmalıyev – Ağcabədi rayonu üzrə

Rövşən Səfərov – Ağdam rayonu üzrə

Xaliq Məmmədov – Bərdə rayonu üzrə

Razi Quliyev – Goranboy rayonu üzrə

Əli Sultanov – Tərtər rayonu üzrə

Günel Mehtiyeva- Qarabağ regional ofisinin əməkdaşı