Lidiya Bradara: Seçki prosesində qadınların sayının çoxluğu olduqca müsbət haldır

Avqustun 10-da təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib
“Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

Bu gün Azərbaycanda səsvermə hüququ olanların əksəriyyəti parlament seçkilərində iştirak edir. Azərbaycan xalqı öz namizədlərinə səs verir. İnanıram ki, seçkilər uğurla başa çatacaq və 2020-ci il fevralın 9-u Azərbaycan xalqının tarixinə ən uğurlu günlərdən biri kimi yazılacaq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 21 saylı seçki məntəqəsində səsvermənin gedişini izləyən Bosniya və Herseqovina parlamentinin üzvü Lidiya Bradara deyib.

Deputat bildirib ki, saat 13:30-dək 6 seçki məntəqəsində səsvermənin gedişini izləyib və heç bir qayda pozuntusu ilə rastlaşmayıb.

Seçkilərin demokratik şəraitdə keçirildiyini diqqətə çatdıran beynəlxalq müşahidəçi seçki prosesində təşkilatçı və müşahidəçi qismində iştirak edən qadınların sayının çoxluğunu xüsusi vurğulayıb. Müşahidəçi qismində bir çox Avropa ölkələrində olduğunu deyən deputat Azərbaycanda seçki prosesində qadınların sayının çoxluğunu olduqca müsbət hal kimi dəyərləndirib.

Ölkəmizdə olmasından məmnunluğunu ifadə edən Bosniya və Herseqovina parlamentinin üzvü deyib: “Azərbaycana ilk dəfədir gəlirəm. Ölkəniz haqqında oxusam da, onu görməmişdim. Bakı çox müasir şəhərdir və Şərqlə Qərbin, keçmişlə müasirliyin əlamətlərini özündə birləşdirir. Ölkəniz haqqında təəssüratlarım zəngindir”.