Məktəb direktorları ilə onlayn görüş keçirilib

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüş
Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə 2020-2021-ci tədris ilinin I yarımilinin yekunlarına həsr olunmuş onlayn görüş keçirilib.

Bu barədə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, görüşdə I yarımil ərzində distant təhsilin təşkili sahəsində görülən işlər, məktəbdaxili qiymətləndirmələrin və fənn olimpiadalarının nəticələri, IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, şagirdlərin elektron yerdəyişməsi, müəllim-şagird-valideyn münasibətlərinin düzgün formalaşdırılması, qarşıda duran digər vəzifələr ətrafında müzakirələr aparılıb. Görüşdə, həmçinin “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlər barədə danışılıb.

Onlayn görüşdə fevralın 1-dən başlayaraq ümumi təhsilin məktəbəhazırlıq qrupları və ibtidai təhsil üzrə tədris prosesinin bərpası ilə bağlı təhsil müəssisələrində görülən hazırlıq işlərindən də söhbət açılıb. Tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyindan bəhs olunub.

AZƏRTAC