Mərkəzi Seçki Komissiyası YAP tərəfindən Azərbaycan prezidentliyinə namizəd İlham Əliyevin namizədliyini təsdiq edib

Azad edilmiş ərazilərdə elektron kadastr sisteminin tətbiqi istiqamətində intensiv iş aparılır
Türkiyədə “Nizami Gəncəviyə 100 məktub” adlı müsabiqə elan olunub
Köç karvanı Xocalının Badara, Daşbulaq, Ağdərənin Vəngli və Kolatağ kəndlərinə çatıb

Fevralın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə MSK katibi Arifə Muxtarova Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq olunmasına dair məsələ barədə məlumat verib. Qeyd edib ki, namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2018-ci il fevralın 9-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Komissiya qərara alıb ki, 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin namizədliyi təsdiq edilsin.