Mərkəzi Seçki Komissiyası YAP tərəfindən Azərbaycan prezidentliyinə namizəd İlham Əliyevin namizədliyini təsdiq edib

Prezident İlham Əliyev bu gün İstanbulda Qırğızıstan Prezidenti ilə görüşüb
“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında QHT-lərin rolu” mövzusunda tədbir keçirilib
Estoniya deputatları Xocalıya dair xüsusi bəyanat veriblər

Fevralın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə MSK katibi Arifə Muxtarova Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq olunmasına dair məsələ barədə məlumat verib. Qeyd edib ki, namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2018-ci il fevralın 9-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Komissiya qərara alıb ki, 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin namizədliyi təsdiq edilsin.