Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Bakıda Azərbaycanın və İranın xarici işlər nazirləri arasında görüş olub
Prezident Müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
BMT rəsmisi: Bakı Forumu vasitəsilə iqlim dəyişikliyi ilə mübarizədə problemin həlli yollarını tapa bilərik

Martın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Komissiyanın martın 2-də keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası Komissiya üzvləri tərəfindən müzakirə edildikdən sonra təsdiq olunub və 5347803 (beş milyon üç yüz qırx yeddi min səkkiz yüz üç) seçki bülleteninin mətbəə üsulu ilə hazırlanması qərara alınıb.

İclasda Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Mirzəzadə Aydın Böyükkişi oğlunun üzvlüyü də təsdiq olunub.

Komissiyanın iclasında, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.